Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:32

Minaya düşüb ayağını itirdi


Sərhəd bölgəsi, Ağdərə rayonundan görüntü

Sərhəd bölgəsi, Ağdərə rayonundan görüntü

-

Tovuzda mərminin partlaması nəticəsində iki nəfər xəsarət alıb.

Tovuzun Ağbulaq kəndi ərazisində 1987-ci il təvəllüdlü Elvin Qafarovla yanaşı, ona köməyə gələn həmkəndlisi Qəhrəman Cabbarov da yaralanıb.

Bu barədə Tovuzun TTV telekanalı məlumat yayıb.

Bildirilir ki, Elvin Qafarov itən mal-qarasını axtararkən açıq ərazidə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Atəş döyüşə yararlı mərmiyə dəyərək partlayıb. Nəticədə Elvin Qafarov sol ayağından ağır qəlpə yarası alıb.

Elvinə köməyə gələn həmkəndlisi Qərhəman Cabbarov da atəşə məruz qalıb. Başqa mərminin partlaması nəticəsində o da sifət nahiyəsindən yaralanıb.

Hər iki şəxs Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

***

Tovuzda mal qara axtarışına çıxan mülki şəxs minaya düşüb.

Məlumatı APA informasiya agentliyi yayıb.

Bildirilir ki, hadisə rayonun Ağbulaq kəndi ərazisində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Qafarov gecə örüşdən geri qayıtmayan iri buynuzlu heyvanlarını axtarmağa gedərək çöllük ərazidə minaya düşüb. O, Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Elvin Qafarov sol ayağından amputasiya olunub, sağ ayağında isə qəlpə yaraları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG