Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:53

Avstraliyalı baş nazirin Ukrayna bayrağı sevgisi


Avstraliyanın keçmiş baş naziri Tony Abbott Ukrayna prezidenti Petro Poroshenko ilə görüş zamanı (11Dec2014)

Avstraliyanın keçmiş baş naziri Tony Abbott Ukrayna prezidenti Petro Poroshenko ilə görüş zamanı (11Dec2014)

-

Avstarliyalılar ölkənin keçmiş baş naziri Anthony Abbottun bayraq sevgisindən çoxdan xəbərdardılar. Ancaq onlar hələ indi öyrəniblər ki, sən demə, Abbotun ən sevimli bayrağı Avstraliya bayrağından sonra Ukraynanınkıymış. Bunu onun Ukrayna bayrağına xərclədiyi rəqəmlər deyir. Keçmiş baş nazir 2014-2015-ci maliyyə ilində 110 Ukrayna bayrağına nə az, nə çox 3800 dollar xərcləyibmiş. Düzdür Abbot daha çox Avstraliya bayrağı alıb – 171 ədəd. Ancaq baş nazir bu zaman Avstraliya aborigenlərinin vur-tut üç bayrağını alıb.

Leyborist partiyasından senator Penny Wonq Abbotun aldığı bayraqlarla bağlı rəsmi sorğu göndərib. Amerika qəzeti BuzzFeed isə baş nazirin qərargahının alınan bayraqlarla bağlı hesabat verdiyi sənədi əldə edib.

Cədvəldən görünən odur ki, sabiq baş nazir hakimiyyətdəki son 1 ildə müxtəlif ölkələrin və qurumların 936 bayrağını almağa 80 min dollar xərcləyib. Abbotun ofisində senatora izah ediblər ki, həmin bayraqlardan rəsmi görüşlərdə, böyük iyirmiliyin ötən il Avstraliyanın Birsiben şəhərində keçirilən sammitində istifadə edilib. Bu sammit yaddaşlarda Rusiya prezidenti Vladimir Putinin onu yarımçıq tərk etməsiylə qalıb. O, bu addımını bir qədər yatmağa ehtiyacı olmasıyla izah etmişdi.

T. Abbot

T. Abbot

BuzzFeed yazır ki, Ukrayna prezidenti Petro Poroshenko Avstraliyada cəmi bir dəfə olub. Bundan başqa, Ukrayna böyük iyirmiliyin üzvü deyil. Adıçəkilən KİV-in ehtimalına görə, Poroshenko və Abbotun yetərincə yaxşı münasibətləri var. Poroshenko avstraliyalı baş nazirə Ukraynada islahatlarla bağlı məşvərət şurasına üzv olmağı belə təklif edib.

Jurnalistlərsə bu qədər Ukrayna bayrağını almağı zəruri edən səbəbləri öyrənmək məqsədilə Abbotun qərargahına əlavə suallar göndəriblər.

Keçmiş baş nazirin bayraqlara etinasız qala bilməməsi çoxdan məlumdur. Hətta jurnalistlər zarafatla deyirlər ki, Abbotun nitqinin vacibliyini çıxış zamanı istifadə edilən bayraqların sayı müəyyənləşdirir. Bəzən onun çıxışları zamanı fonda səkkiz bayraq qoyulurdusa, bəzən də, jurnalistlərin sözlərinə görə, baş nazir “ikibayraqlı” çıxış edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG