Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:42

-

81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizəd Tapdıq Abbas namizədliyini geri götürüb. Bu barədə yerli saytlar xəbər verib. Mətbuat Şurasının İH üzvü, “Paralel” qəzetinin baş redaktoru olan Tapdıq Abbas namizədliyini geri götürməsini belə izah edib:

"81 saylı Beyləqan seçki dairəsində yaranmış süni gərginliyi və seçkiyə inamsızlığı nəzərə alıb, namizədliyimi geri çəkirəm!”.

Tapdıq Abbas daha sonra deyib ki. bu qərarı qəbul edərkən , 2000, 2005 və 2010 – cu illərdə parlament seçkisində qalib gəldiyim halda, mandatın başqasına verilməsi təcrübəsini də göz önünə gətirmişəm.

Yada salaq ki, son bir həftədə ümumilikdə təqribən 400-dən çox namizəd müxtəlif səbəblərdən namizədliyini geri götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG