Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:27

-

Oktyabrın 18-i Misirdə parlament seçkisi keçirilir.

Bu, 2013-cü ildə prezident Mohammad Morsinin devrilməsindən sonra keçirilən ilk parlament seçkisidir.

Bu günkü seçki ölkənin 14 əyalətində keçiriləcək. Seçkinin ikinci turu isə noyabrın 22-23-də baş tutacaq. Seçkinin nəticələri dekabrda məlum olacaq.

Bu seçkidə Misir vətəndaşları parlamentin aşağı palatasının 596 deputatını seçəcək. Səsvermə zamanı təhlükəsizliyi 185 mindən artıq polis təmin edəcək.

Prezident Abdel Fattah as-Sisi ölkə vətəndaşlarını seçkidə fəal olmağa çağırıb. Ölkə rəhbərliyi bu seçkinin demokratiya yolunda son mərhələ olduğunu bildirib.

Seçkidə 5 mindən artıq şəxs namizədliyini irəli sürüb. Onların çoxu Sisinin tərəfdarlarıdır. Namizədlərdən 417 nəfəri qadındır.

Misirdə parlament 2012-cı ildə buraxılıb. O vaxtdan ölkədə qanunvericilik hakimiyyəti yoxdur.

Ölkədə Morsinin rəhbəri etdiyi "Müsəlman Qardaşları" hərəkatı qadağan olunub. Sisi hakimiyyətə gələndən sonra Morsinin minlərlə tərəfdarı həbs edilib.

Morsi və yüzlərlə tərəfdarı isə edam cəzasına məhkum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG