Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:41

-

Azərbaycanın daxili işlər naziri Ramil Usubov bölgə polisində işləmək üçün namizədləri özü gözdən keçirəcək.

Trend-in məlumatına görə, nazir noyabrın 7-də Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsində sıra baxışı keçirəcək.

Polis olmaq üçün nazirliyin bir sıra şərti var: namizədlər yaşayış yeri üzrə qeydiyyatda olmalı,müddətli həqiqi hərbi xidmət keçməlidir. Namizədin ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli olmalıdır. Ondan atletik cüssə tələb edilir, boyu 175 santimetrdən aşağı olmamalıdır.

20 yaşından 30 yaşınadək Azərbaycankişiləri bu şərtlərə uyğun gəlirsə, polis vəzifəsinə seçilmək şansı var. Ancaq nazirlik onu da əlavə edir ki, xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

Ramil Usubov Gəncə və ətraf bölgələrdə yaşayan sakinləri də qəbul edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG