Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:02

2050-ci ildə 130 milyon Altsheymer xəstəsi olacaq


Altsheymer.
Altsheymer.

-

Alimlər Altsheymer xəstəliyinə səbəb ola bilən protein növünü kəşf ediblər.

GPR3 adlı protein beyində Altsheymer xəstəliyinin əsas əlaməti sayılan amiloid ləkələrinin yaranmasında mühüm rol oynayır.

Altsheymer yaddaşın itməsi xəstəliyidir. Alimlər bu xəstəliyin dörd müxtəlif formasının müşahidə olunduğu siçanlar üzərində araşdırma aparıb. Məlum olub ki, GPR3-nin genetik olaraq ləğvi beyində bu xəstəliyin əlamətlərinin azalmasına və sağalmağa imkan verir.

Lakin Altsheymer xəstəliyinin siçanlardakı formaları insanlardakı ilə tam eyni deyil. Buna görə həmin prosedurun insanlarda da eyni nəticəni verəcəyinə əmin olmaq üçün daha çox tədqiqat aparmağa ehtiyac var.

ALTSHEYMER XƏSTƏLƏRİNDƏ GPR3 YÜKSƏK OLUR

Bundan başqa, Altsheymer xəstələrinin beyinlərinin autopsiyası (yarılması) göstərib ki, onların böyük əksəriyyətində GPR3 proteini yüksək səviyyədədir. Məhz bu faktor xəstəliyin irəliləməsi ilə birbaşa bağlıdır.

Yaddaş pozuntuları içərisində ən geniş yayılanı olan Altsheymer xəstəliyinin hələ ki, müalicəsi yoxdur. Heç bir dərman bu xəstəliyin inkişafının qarşısını ala bilmir.

Dünyada 46 milyondan artıq insan yaddaş pozuntusundan əziyyət çəkir. Əhalinin yaşlanması ilə əlaqədar 2050-ci ilədək bu göstəricinin 131.5 milyona qədər artacağı gözlənilir.

XƏSTƏLƏRİN YAXINLARI ONLARA KÖMƏK EDƏ BİLƏR

Yaddaş pozuntusu xəstələrinin yaxınlarının isə üstünə çox böyük iş düşür. Ən çox bəxti gətirənlər isə xəstəliyin ilkin, yüngül mərhələsində olanlardır. Jhenny deyir ki, atası xəstəliyin ilk mərhələsində olub. Həkimim yazdığı dərmanlar xəstəliyin daha da irəliləməsinə imkan vermir: «Atam 8 ildir bu xəstəliyin yüngül formasından əziyyət çəkir. Xəstəliyin ağır formasına keçməməsi üçün ona dərmanlar yazılıb. Anası isə onu psixologiya, yaddaş və xor kurslarına aparır. Bu kurslar xəstəliyin genişlənməsinin qarşısını alır».

Həkimlər deyir ki, bu cür kurslar xəstəliyi artmağa qoymur. Ancaq həm də xəstənin yaxşı eşitməsinə əmin olmaq lazımdır. Xəstə eşitməsə, deyilənləri qavraya bilməz və ona edilən kömək nəticəsiz qala bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG