Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:02

Qaçqınlar hərəkət istiqamətini dəyişirlər


Qaçqınlar Xorvatiya-Macarıstan sərhədində.

Qaçqınlar Xorvatiya-Macarıstan sərhədində.

-

Macarıstan Xorvatiya ilə sərhədlərini bağlayandan sonra miqrantlar Xorvatiya-Sloveniya sərhədində görünməyə başlayıblar.

Sloveniya polisinin verdiyi məlumata görə, oktyabrın 17-də miqrant dolu avtobus sərhəddə yaxınlaşıb.

Sloveniya bildirib ki, Balkanlardan Qərbi Avropaya miqrant axını azalıb.

Macarıstan Avropaya miqrant axının qarşısını almaq üçün Xorvatiya ilə sərhədini bağlayıb.

Oktyabrın 16-da Avropa Birliyi və Türkiyə Brüsseldə keçirilən sammitdə miqrant axının qarşısını alan ilkin planla bağlı razılığa gəliblər. Planda 2.5 milyon qaçqının qəbulu üçün Türkiyəyə maliyyə və digər yardımlar gözdən keçirilib.

«Amnesty International» bu planı tənqid edib, AB-ni miqrantların qanuni yolla Avropaya keçməsi üçün addımlar atılmasına çağırıb.

Miqrantların çoxu Suriya, Əfqanıstan və Afrikadandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG