Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:32

-

Ermənistanda təxminən 1500 adamın yaşadığı Ariç kəndinin mərkəzi küçəsi Qazaxıstan prezidenti Nursultan Nazarbaev-in adını daşıyır. Küçənin adı az qala 10 ildir dəyişdirilib.

AzadlıqRadiosunun erməni redaksiyası xəbər verir ki, küçəyə qazax prezidentinin adını vermək keçmiş deputat Mkhitar Varagyan-ın təşəbbüsü olub. Jurnalistlər bu xəbərə onu da əlavə edirlər ki, keçmiş deputat və onun qardaşı David Varagyan-ın Qazaxıstanda biznesi var.

KƏNDDƏ QAZAX İZİ

Ariç kəndinin başçısı Roland Nazaretyan-ın dediyinə görə, küçəyə Nazarbaev-in adını verəndə, kənd camaatı təkcə çağdaş əlaqələri deyil, uzaq keçmişi də diqqətə alıblar.

«Kənd 1400-cü ildən 1947-ci ilə kimi Kpçak adlandırılıb, 1947-ci ildə adı dəyişdirilib, Ariç olub. «Kıpçak» adını Qazaxıstan tayfaları ilə bağlayırlar. Ona görə də Varagyan-ların vasitəçiliyi ilə keçirilən ahıllar şurasının toplantısında küçəyə Nazarbaev-in adını vermək qərarına gəldik. Biz Qazaxıstanı dostumuz sayırıq, o, Avrasiya Birliyi çərçivəsində respublikamızla əməkdaşlıq edir, deməli, küçəni belə adlandırmaq olardı», - kəndin başçısı izah edir.

Amma, deyəsən, qədim məskunlaşma yerlərindən olan Şirak vilayəti ilə Qazaxıstan arasındakı əlaqə haqqında kənd başçısının izahatı heç də kəndlilərin hamısının ağlına batmayıb.

«Əvvəla, küçəni necə adlandırmaq haqqında camaat arasında sorğu keçirilməyib. Məlum deyil ki, Nazarbaev niyə bu şərəfə layiq görülüb, küçəyə onun adı verilib», - kənd sakinlərindən biri belə deyir.

SƏFİRLİYİN GUŞƏSİ

Orta əsrə aid bir neçə kilsənin olduğu bu kənddə qazaxların varlığı təkcə küçənin adı ilə məhdudlaşmır. Kənd kitabxanasında Qazaxıstana aid guşə də yaradılıb, burda Nazarbaev-in böyük portreti, bu ölkədən bəhs edən başqa rəsmlər və ədəbiyyat da yerləşdirilib. Guşə 2011-ci ildə Qazaxıstan səfirliyi tərəfindən yaradılıb.

«Bizə mebel, stol, kitablar, burdakı rəsmlərin hamısını, milli kostyumlar bağışlayıblar. İldə üç-dörd dəfə bizə baş çəkir, lazım olan hər şeylə təmin edir, hədiyyələr bağışlayırlar», - kitabxanaçı Annman Fahradyan belə söyləyir.

QAZAX PREZİDENTİNİN XƏBƏRİ VARMI?

Kəndə «qazax yatırımı» elə bununla da bitir, deyəsən. Kəndin başçısı Nazarbaev-in kənddə küçənin onun şərəfinə adlandırılmasından xəbəri olub-olmamasını da bilmir. Radionun erməni xidmətinə müsahibəsində Roland Nazaretyan Nazarbaev-in Ariçə səfərinə etiraz etməyəcəyini söyləyir: «Qoy Ermənistana gələndə, Ariçə də baş çəksin. Səfirlik ona təklif etsin, o da gəlsin».

TÜRKİYƏDƏ, TATARISTANDA NAZARBAEV KÜÇƏLƏRİ

Ariçdə Nazarbaev küçəsi qazax prezidentinin şərəfinə adlandırılan ilk küçə deyil. Qazaxıstan dövlət başçısının 75 illiyi ərəfəsində Tatarıstan paytaxtında Esperanto küçəsinin adı dəyişdirilərək onun adı verilib. Kazanın bəzi sakinləri bunun əleyhinə imza toplayıblar və hökumətə təklif ediblər ki, Nazarbaev-in adı Tatarıstanın yeni salınan şəhərlərindəki küçələrdən birinə verilsin. Ancaq bu etiraz nəzərə alınmayıb.

Bu ilin mayında isə Türkiyənin Adana şəhərində də Qazaxıstan prezidentinin adına küçə peyda olub. Bu, Türkiyədə Nazarbaev-in adını daşıyan dördüncü küçədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG