Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43

«Tənha cümhuriyyətçi» Xəlil bəy Xasməmmədli 140 yaşına çatdı


Xəlil bəy Xasməmmədli (1875-1945)

Xəlil bəy Xasməmmədli (1875-1945)

-

2015-ci ildə Cümhuriyyət qurucularından Xəlil bəy Xasməmmədlinin 140 yaşı tamam olur.

1875-ci ildə Gəncədə doğulan Xəlil bəy orta məktəbi doğma şəhərində bitirəndən sonra Moskva universitetində hüquq təhsili alır.

Uzun illər qəza məhkəmələrində çalışır.

İki çağırış Dövlət Dumasına deputat seçilir.

Gəncənin bələdiyyə rəisi, qəza icraiyyə komitəsinin sədri çalışır.

1917-ci ildə Zaqafqaziya Seyminin üzvü olur.

1918-ci ildə qurulan Cümhuriyyət hökumətinin ilk ədliyyə, yollar və daxili işlər naziri olur. Rus-bolşevik işğalından sonra mühacir həyatı yaşamağa məcbur qalır.

Cümhuriyyətin süqut xəbəri Xəlil bəyə İstanbulda çatır. Beləcə, yenicə təyin olunduğu Türkiyə səfiri vəzifəsində işləməyə macal tapmır və...

Və 1945-ci ildə İstanbulda, tək-tənha, dünyadan köçür.

Xəlil bəyin Feriköy məzarlığındakı qəbri uzun müddət qohumlarına naməlum qalır.

«İz» proqramında Azərbaycan Cümhuriyyətinin 90 illiyi ərəfəsində (2008) hazırlanan «Cümhuriyyət fədailəri» silsiləsi efirdə səslənəndən sonra Səbuhi Əliyev adlı Bakı sakini onun məzarını Feriköy məzarlığında tapdığını AzadlıqRadiosuna bildirir...

Oktyabrın 18-də saat 23-də AzadlıqRadiosu yenə cümhuriyyət fədaisinin xatirəsini anacaq və yenilənmiş «Tənha cümhuriyyətçi» radiodastanını diqqətə yetirəcək.

Bu «İz»i itirməyin.

Günün bütün mövzuları

XS
SM
MD
LG