Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:12

Turist səhifəsində gedən Azərbaycan müzakirəsi


Bakıda polis rəqs edən xaricilərə xəbərdarlıq edir, 2014

Bakıda polis rəqs edən xaricilərə xəbərdarlıq edir, 2014

- "Tripadvisor" səhifəsinin Azərbaycan forumunda yazırlar

Pul mübadiləsində e-qara bazar

Bəzən Azərbaycandan gedən əcnəbilərdə kiçik (5-10 dollar) və ya böyük (5-10 min manat) məbləğdə manat qalır.

Xərclənmədən, hava limanında da xarici valyutaya dəyişdirilmədən ölkədən gedən bu manatları əcnəbilər üçün onların öz puluna dəyişdirmək təklif edən azərbaycanlılar var, onlar bu səhifədə ingilis dilində öz xidmətlərini təklif edirlər:

“Salam. Mənim adım Orxandır, Azərbaycanda yaşayıram. Kimdəsə Azərbaycan manatı qalıbsa, mənə desin.

Onu mənə poçtla göndərə bilərsiniz, mən sizin PayPal hesabınıza dollar və ya avro ödəyərəm. Başqa nə təklifiniz varsa, yazın.” Əcnəbilərsə cavab verirlər:

“Bəli, mən Azərbaycandan qayıdanda 6 min manatım qalıb.”

“Məndə isə 90 manat qalıb. Satıram.”

Beləcə, Azərbaycanda elektron valyuta-dəyişmə xidmətinin qara bazarı genişlənir.

“Bakıda vegetarian yeməkləri” başlığı altında isə belə müzakirə gedir:

“Mən Bakıya işləməyə gəlirəm. Vegetarianam. Orada mənim üçün necə olacaq?”

Başqa bir əcnəbi cavab verir:

“Sənin üçün çox çətin olacaq. Azəri mətbəxində çoxlu ət var. Satışda və restoranlarda vegetarian yemək tapmaq çətindir. Yalnız göy qutabı, dovğa və salat. Azdır, məhduddur.”

Poçt qutusu

“Bağışlayın, mənim ərim Bakıya köçüb, o, ən azı yaxın 3 ili orada işləyəcək. Gülməli sual vermiş kimi görünmək istəmirəm, amma o, məktubları necə ala bilər, evində poçt qutusu yoxdur, başqa evlərdə də yoxdur.

Poçta gedib götürməlidir məktubları, hansı sənədi göstərməlidir? Uşaqlarımız ona Atalar Günü açıqcası göndərmək istəyirlər.”

Başqa biri ona cavab yazır:

“Mən də Bakıda işləyirəm. Ailəm məktubları iş yerimə göndərir, öz şirkətimizdən alıram.

Ya da poçta gedib oradan almalısınız. Yaxşı sistem deyil, odur ki, çalışıram qiymətli bir şey göndərməyim.”

"Qaradərililərə münasibət"

Azərbaycanda yaşayan bir xarici vətəndaş isə yazır:

“Əgər Azərbaycana gəlirsinizsə və qaradərilisinizsə, hazır olun; qəribə baxışlar, barmalq göstərmələr, gülüşlər, sözatmalar və “şokolad” müraciətinə.

Neqativ sözlərə cavab vermək üçün yerli dildə bir neçə söz öyrənin. Bakı şəhəri çox gözəldir, amma ölkəni gözəl edən insanlarıdır. Burada insanlar dostyana deyil.

Dükanlara girirdim, işçilər öz aralarında məni ələ salıb gülürdülər. Belə adamlara nə dollar verərəm, nə manat. Yaxşı davranan çox az dükan var, onlarda al-ver edirəm.”

"Baha qiymətlər"

"SSRİ-yə 1986-cı ildə səfər edəndə Bakını sevmişəm. İndi arvadımla Bakıya yenidən getmək istədik.

Gördük ki, otel qiymətləri göylərdədir, VİSA pulu isə 131 ABŞ dollarıdır, odur ki, Azərbaycana getmək fikrindən daşındıq."

Günün bütün mövzuları

XS
SM
MD
LG