Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Ötən şənbə günü Ankarada törədilən partlayışlarda xəsarət alanlardan 3-ü keçinib.

Bu barədə oktyabrın 16-da ölkənin baş prokurorluğu məlumat yayıb.

Beləliklə ölənlərin sayı 102 nəfərə çatıb.

Prokurorluğun məlumatına görə, bu terror aktlarının təşkilində şübhəli bilinən 13 nəfər həbs olunub.

Baş nazir Ahmet Davutoglu ötən çərşənbə günü onlardan bir neçəsinin aylarla Suriyada olduqlarıbı və ola bilsin ki, İslam Dövləti qrupu və ya kürd yaraqlıları ilə əlbir olduqlarını deyib.

Daxili İşlər Nazirliyinin bir neçə səlahiyyətli əməkdaşı buna görə işdən kənarlaşdırılıb.

Onlar səhlənkarlıqda günahlandırılırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG