Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:58

Müstəqil Dövlətlər Birliyi ölkələrinin liderləri beynəlxalq terrorçuluqla mübarizə sahəsində birgə bəyanat və 2020-ci ilədək hərbi əməkdaşlıq razılaşması da daxil olmaqla 17 sənəd imzalayıbıar.

Sənədi oktyabrın 16-da Qazaxıstanda keçirilən sammitdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Ermənistan prezidentləri imzalayıb.

Moldova,Ukrayna və Türkmənistan sammitdə müşahidəçi kimi iştirak ediblər.

Rusiya prezidenti Vladimir Putin sammitdən sonra keçirilən mətbuat konfransında deyib ki, Əfqanıstanda vəziyyət kritik həddə yaxınlaşdığına görə, hərbi sahədə daha yaxından əməkdaşlıq eləmək lazımdır.

O qeyd edib ki, Əfqanıstandakı islamçı terrorçuların məqsədlərindən biri Orta Asiya regionuna soxulmaqdır.

Putin hərbi əməkdaşlığın bu təhlükəyə koordinasiyalı cavab olacağını deyir.

Rusiya prezidenti həmçinin MDB-nin iqtisadi böhran və siyasi gərginliklər də daxil olmaqla, xarici amillərlə bağlı olan problemlərin həllində yaxşı mexanizm olduğunu deyib.

MDB ölkələrinin növbəti sammiti 2016-cı il sentyabrın 16-da Qırğızıstanda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG