Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:21

“Qəbələ”nin baş məşqçisi Roman Grigorcuk Ukrayna millisini çalışdıra bilər.

Qol.Az-ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

Ukrayna millisinin baş məşqçisi Mikhail Fomenkonun istefaya göndəriləcəyi barədə məlumatlar dolaşır.

“Pley-off”a çıxan Ukrayna yığması “Avro-2016”nın final mərhələsinə vəsiqə qazana bilməsə, Fomenko istefaya göndəriləcək.

Məlumata görə, hətta Ukrayna yığması Avropa çempionatına vəsiqə qazansa belə Fomenko yığmada qalmayacaq. O, Avropa çempionatı başa çatandan sonra millidən gedəcək.

Onun yerinə 1 nömrəli namizəd isə hazırda “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Grigorcukdur.

Yerli mətbuat Grigorcukun federasiya rəhbərliyi ilə danışıqlar üçün dekabrda Ukraynaya gedəcəyini də yazıb. Grigorcukla razılıq əldə olunmasa, Andrey Shevcenko ilə danışıqlar aparılacaq.

XS
SM
MD
LG