Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:25

-

Bir nömrədən planşetdə, smartfonda, hətta «ağıllı saat»da istifadə imkanı yaranıb. ABŞ-ın «AT&T» telekommunikasiya şirkətinin abunəçiləri bundan sonra «NumberSync» adlanan yeni xidmətdən istifadə edə biləcəklər.

Xidmət bir telefon nömrəsindən müxtəlif telefon, planşet və digər qurğularda istifadəyə imkan verir. Zəngi istəyə görə və ya funksiyalardan asılı olaraq istənilən qurğuda qəbul etmək mümkün olacaq. «NumberSync» xidmətinin əsaslandığı texnologiya «Cascade» adlanır. «AT&T» onu ötən ildən sınaqdan keçirməyə başlayıb. Funksiyanın smartfonlarda dəstəklənməsi üçün xüsusi proqram təminatı yazılmalıdır.

Xidmət üçün ayrıca ödəniş nəzərdə tutulmur, lakin tarif bir neçə qurğuya qoşulacaq ki, nəticədə hər qurğu üçün 5-10 dollar ödəniş tələb ediləcək. «NumberSync» xidmətində cihazların bir-birinin yanında olması tələb olunmur, əsas telefon söndürülmüş vəziyyətdə də ola bilər. Bu isə texnologiyanı onun bir sıra analoqlarından fərqləndirir. Məsələn, «Apple» kompüter və ya planşetdə zəngləri qəbul etməyə imkan verir, lakin bütün qurğular aktiv olmalı və eyni «Wi-Fi» şəbəkəsinə qoşulmalıdır.

«AT&T» nümayəndələri bildirir ki, zaman ötdükcə insanlar harada olmalarından asılı olmayaraq əl altında olan bütün qurğulardan zənglərə cavab verə biləcəklər.

XS
SM
MD
LG