Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:59

-

Son günlər daha 200-dən çox namizəd deputat olmaq arzusundan əl çəkib.
Bundan əvvəl, həftənin ilk günlərində də təqribən 200-ə qədər deputatlığa iddiaçı namizədliyini geri götürmüşdü. Onda MSK sədri Məzahir Pənahov bildirmişdi ki, həmin şəxslər öz ərizələri ilə namizədliklərini geri götürüblər.

Bu dəfə də deputatlıq uğrunda mübarizədən kütləvi şəkildə geri çəkilmə prosesində elə bir səs-küy yaşanmayıb. Bircə 16 saylı Yasamal İkinci Seçki Dairəsindən namizədliyini geri götürən REAL hərəkatının üzvü Erkin Qədirli bu addımı etiraz əlaməti olaraq atmışdı. O buna səbəb kimi həbsdə olan hərəkat yoldaşı İlqar Məmmədovla bağlı Ali Məhkəmənin çıxartdığı qərarı göstərmişdi.
Deputatlıq arzusundan kütləvi imtina prosesinə qədər isə 1246 namizədin qeydiyyatdan keçdiyi bildirilirdi.

İndi isə təqribən 800 namizəd parlament seçkilərində 125 yer uğrunda mübarizə aparmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG