Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:15

Ən qanlı terror da Türkiyəni birləşdirə bilmədi


Ankarada terrorda ölənlərin dəfni.

Ankarada terrorda ölənlərin dəfni.

-

«Çox güman ki, Türkiyədəki partlayışın arxasında islamçılar dayanır, ancaq bu hadisə türklərlə kürdlər arasında ədavəti qızışdırdı». «The Economist» ötən şənbə Türkiyədə azı 99 nəfərin həyatına son qoymuş faciədən bəhs edir. Prezident Recep Tayyip Erdoğan bu hücumun Suriya və «İslam Dövləti» (İD) silahlı qruplaşması ilə bağlarından danışsa da, terroru sonradan kürd, PKK silahlılarının da ayağına yazıb. Bir nazir isə deyib ki, bu hücum PKK ilə İD-nin birgə işi ola bilər, baxmayaraq ki, əzəli düşməndirlər.

Kürdpərəsət Xalq Demokratik Partiyası (HDP) isə öz növbəsində dövləti sülh marşını qoruya bilməməkdə, İD-ə göz yummaqda ittiham edib.

Yazıda vurğulanır ki, hücumu İD törədibsə belə, məqsəd yəqin ki, Türkiyənin kürdlərlə ədavətini qızışdırmaq olub.

Kürdlərin siyasi gücü artdıqca, hökumət onlara qarşı kampaniya aparır. Üstəlik, əvvəlki hücumlardan sonra saxlanan, cəzalanan olmayıb deyə, hökumətin cihadçılarla savaşmaqda qətiyyətliliyi suallar doğurub. Hökumət son terrora ilkin reaksiya kimi medianın həmin hücumu işıqlandırmasını məhdudlaşdırıb.

«The Economist» yazır ki, Türkiyənin yeni hökuməti qarşısında dərin parçalanmış bir cəmiyyət görəcək: «Oktyabrın 13-də Türkiyə və İslandiya komandalarının futbol matçında təşkilatçılar bir dəqiqəlik sükut elan etdilər. Ancaq izləyicilər arasındakı türk millətçiləri səs-küy salıb dini şüarlar səsləndirdilər. Hətta ən qanlı terrordan sonra matəm də sosial qrupları birləşdirə, siyasi partiyaları birgə işləməyə inandıra bilmirsə, onda bunun öhdəsindən nə gələ bilər?».

Miqrantlar Serbiya-Xorvatiya sərhədini keçirlər.

Miqrantlar Serbiya-Xorvatiya sərhədini keçirlər.

İSVEÇ VƏ İMMİQRASİYA: DÖNÜŞ MƏQAMI

«The Guardian» qəzeti yazır ki, İsveç demokratiyası çox yaxşı işləyir. Ancaq son seçkilərdə İsveç Demokrat Partiyası hakimiyyətə gələndən siyasətdə fikir ayrılıqları güclənib. Bu partiya mürtəce mövqelidir, ölkəni 1980-ci illərə qaytarmaq istəyir. O zaman hələ qloballaşmanın izi-tozu yox idi, yüz minlərlə qaradərili əcnəbi də buraya doluşmamışdı. Bu partiyanın bir aydın siyasi tələbi var: immiqrasiya axınını Britaniyanın indi icazə verdiyi səviyyəyə salmaq.

Hazırda İsveçdə siyasi sığınacaq almaq üçün həftəyə 7 mindən çox miqrant ərizə verir. Sistem az qala partlamaq üzrədir. Malmödə miqrant düşərgəsinin yandırılmasına görə kiçik iğtişaşlar olub. İsveç Demokratları miqrant böhranını «əsrin ən böyük faciəsi» adlandırır və immiqrasiya üzrə referenduma çağırır:

«Düzdür, onlar referenduma nail olmaya bilərlər, ancaq gərginlik bütün qışı qala bilər. Avropa bu böhrana baxıb öyrənməlidir. Daha ancaq İsveç və Almaniyanın suriyalı qaçqınların yükünü çəkəcəyini gözləməyə dəyməz».

Vladimir Putin və Ali Khamenei.

Vladimir Putin və Ali Khamenei.

PUTIN VƏ KHAMENEI SURİYADA: CƏHƏNNƏMDƏ NİKAH

«The Newsweek»də J.Matthew Mcinnis yazır ki, Rusiyanın Suriyada Bashar al-Assad rejiminə kömək etməsi İranın bu ölkədəki duruma strateji nəzarətinə risk yaradır. Müəllifin fikrincə, İran Yaxın Şərqdə İsrailə qarşı müttəfiqini saxlamaq istəyir. Ancaq Tehran hələ 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlanandan bu ölkədə savaşı uduzmaqdadır:

«2012-ci ildə Suriya hökumət qüvvələri geri çəkiləndə, İran Livan «Hizbullah»ını razı saldı ki, ölkəyə quru qüvvələri göndərsin. Bir müddət Assad-ın mövqeyini sabitləşdirdilər. Ancaq 2015-ci ildə hökumət yenidən mövqelərini itirməyə başladı. Beləliklə İran açıq-aşkar Moskvanın ağuşuna atılmış oldu».

Müəllif İranla Rusiyanın hələ yazdan bəri Suriyaya müdaxilə üzrə danışıqlar apardığını, iki ölkənin təhlükəsizlik qüvvələrinin birgə plan hazırladığını qeyd edir:

«Bu yeni kampaniyada həm Tehranın, həm də Moskvanın verəcəkləri var. Ancaq strateji səviyyədə daha çox itirən Tehrandır. Rusiya danışıqlarda üstünlük qazanacaq, şərtlər Tehrana faydalı olmaya da bilər. Assad-ı, yaxud İrana sərf edən üzüyola başqa birini hakimiyyətdə saxlamaq Putin üçün vacib amil olmaya bilər. Bundan başqa, Rusiya İraqda da daha böyük rol oynamağa başlayar, bunu «İslam Dövləti» silahlı qruplaşmasına qarşı mübarizə adıyla həyata keçirə bilər».

Müəllif vurğulayır ki, Moskva Tehrandan fərqli olaraq Tel-Əvivlə qarşıdurmaya getməkdə maraqlı olmaya bilər. Bundan savayı, Rusiyanın Suriyada fəaliyyəti ABŞ-ın anti-İŞİD kampaniyasını əngəlləyəcək ki, bu da sonucda İranın İraqda İŞİD-ə qarşı mübarizəsinə də təsir göstərəcək. Eləcə də Moskva Körfəz ölkələri ilə münasibətləri qoruyub saxlamağa çalışır. Rusiya Səudiyyənin maraqlarına qarşı Tehran qədər hərəkət etməyəcək:

«Tehran Rusiyanın Suriyaya girməsində katalizator ola bilər, ancaq sükanın kimin əlində olması, Moskvanın İranın maraqlarını dəstəkləməsi ciddi suallar yaradır. Bu sualların cavabı böyük ehtimalla Tehranın xeyrinə deyil».

Günün bütün mövzuları

XS
SM
MD
LG