Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

-

Avropa Birliyi Türkiyənin Avropaya miqrant axınını əngəlləyəcəyi halda Ankaraya bir neçə təklif irəli sürüb – 3 milyard avro (3.4 milyard dollar) yardım, daha asan viza şərtləri və bloka üzvlük danışıqlarının “canlandırılması”.

AB liderləri oktyabrın 16-da Brüssel sammitinin yekununda deyiblər ki, Türkiyə prezidenti Tayyip Erdogan-la fəaliyyət planını razılaşdırıblar. Məqsəd Türkiyədəki 2 milyon suriyalı qaçqının həyatını yaxşılaşdırmaq və onları elə orda qalmağa həvəsləndirməkdir.

Tərəflər həmçinin Asiyadan Türkiyəyə keçən miqrant axınını yavaşıtmaq üçün sərhəd nəzarətini koordinasiya etməyə razılaşıblar.

“Əsaslı və konkret yeni məbləğlər” açıqlanmasa da, Almaniya kansleri Angela Merkel deyib ki, Ankaranın xahiş etdiyi 3 milyard avro ağlabatan görünür və müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG