Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26

-

Oktyabrın 15-də Bolqarıstan sərhədçiləri ilə əlbəyaxa toqquşmada əfqan miqrant güllələnib.

Sərhədçilər, Əfqanıstandan olan, Türkiyədən keçən qanunsuz miqrant dəstəsini saxlamaq üçün atəş açmalı olub.

Bolqarıstan rəsmiləri bildirir ki, 40 qanunsuz miqrantın hamısı silahlı kişilərdən ibarət olub. Güllələnən miqrant isə xəstəxanaya gedərkən yolda keçinib. Hazırda təhqiqat aparılır.

Ölkənin baş naziri Boyko Borissov-a məlumat verilib. O, Brüsseldə Avropa Birliyinin miqrasiya böhranına həsr olunmuş sammitində iştirak edirmiş, tez çıxmalı olub.

AB-nin prezidenti Donald Tusk deyib ki, hazırda əsas prioritet xarici sərhədlərin qorunmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG