Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:57

-

BMT-nin Təhlükəsizlik Şurası oktyabrın 16-da xüsusi iclas keçirib İsrail və fələstinlilər arasında artan zorakılığı müzakirə edəcək. Son zorakılıq hallarında 39 nəfər həlak olub.

İclasın keçirilməsini şuranın üzvü İordaniya xahiş edib. Diplomatların sözlərinə görə, hansısa qətnamənin qəbulu planlaşdırılmır, ancaq şura bəyanat verərək hər iki tərəfi zorakılığı dayandırmağa çağıra bilər.

Son iki həftə ərzində 32 fələstinli və yeddi israilli həlak olub. Fələstinlilər içində 10 nəfər bıçaqla hücum edənlər, eləcə də zorakı nümayişlərdə öldürülən uşaqlar da var.

Qarışıqlığın artmasının bir səbəbi fələstinlilərin yəhudilərin Yerusəlimdəki al-Aqsa məscidini daha çox tutmasından qəzəblənməsidir. İsrail fələstinlilərin məscidə girişini getdikcə məhdudlaşdırır.

BMT-nin sözçüsü Stephane Dujarric deyib ki, baş katib Ban Ki-moon israillilərin “gücdən aşırı istifadəsini... narahatedici” sayır.

Adətən İsraili dəstəkləyən ABŞ da bildirib ki, bəzi məlumatlar İsrailin “aşırı gücdən istifadə etdiyini” göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG