Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:08

-

Oktyabrın 16-da Qobustan rayon Məhkəməsində «Hər fəsil» istirahət mərkəzində 10 yaşlı Dəniz Qorçunun ölümü ilə nəticələnmiş olay üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

Məhkəmənin ilkin baxış iclası oktyabrın 2-də olub.

Hadisə ötən il mayın 23-də Qobustan rayonunun «Hər fəsil» istirahət əyləncə mərkəzində baş verib. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. Maşında olan 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib.

Elektromobili məktəblilərdən birinin şəxsi dayəsi Aytən Əzizova idarə edib.

Hadisə ilə bağlı CM-nin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Aytən Əzizova barəsində polisin nəzarəti altına verilmə ilə qətimkan tədbiri seçilib.

Zərərçəkən tərəfin vəkili Sadiq Əfəndiyevin dediyinə görə, cinayət işində hər üç tərəfin - maşını idarə edən qadın, istirahət mərkəzinin işçiləri və Bakı Oksford Məktəbinin məsuliyyəti qeyd olunsa da, hələ ki, məhkəmə yalnız Aytən Əzizova ilə bağlı işə baxır.

Dünyasını dəyişən 10 yaşlı Dəniz «Tutu» uşaq ədəbiyyatı nəşriyyatının rəhbəri, rejissor Tərlan Qorçunun qızı, professor Rəhman Bədəlovun nəvəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG