Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03

-

Avtoxuliqanlıqla məşğul olan sürücülərə qarşı yeni cəzalar tətbiq edilə bilər.

Bu məsələ oktyabrın 20-də Milli Məclisin iclasında müzakirə olunacaq.

Məlumatı “Trend” yayıb. Bildirilir ki, parlament iclasının gündəliyinə İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavələrin müzakirəsi də nəzərdə tutulub.

Təklif olunan dəyişikliyə görə, iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşan sürücülər nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 min manatdan 4 min manata qədər miqdarda cərimə edilə və ya nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.

Məcəlləyə görə, avtoxuliqanlıq dedikdə, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG