Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Moldovanın keçmiş baş naziri həbs edilib


Moldovanın keçmiş baş naziri Vlad Filat
Moldovanın keçmiş baş naziri Vlad Filat

Prokurorluğun ittihamında iddia edilir ki, Filat ümumilikdə 250 milyon dollar rüşvət alıb.

Moldovanın hakimiyyət orqanları ölkənin keçmiş baş naziri və hakim Avropa yönlü koalisiyanın lideri Vlad Filatı həbs edib.

Keçmiş baş nazirin toxunulmazlığı parlament tərəfindən ləğv olunduqdan sonra o, öllkənin Milli Antikorrupsiya Mərkəzinə aparılıb.

Əgər məhkəmə Filat barədə qətimkan tədbiri seçərsə, o məhkəməyə qədər daha uzun müddətdə həbsdə saxlanacaq.

Prokurorluğun ittihamında iddia edilir ki, Filat ümumilikdə 250 milyon dollar rüşvət alıb. İddiaya görə o, bu pulun müqabilində bir biznesmenə Moldovanın üç böyük bankından birinin nəzarətini həvalə edib. Sonradan bu bankdan 1, 5 milyard dolların yoxa çıxdığı aşkar edilib.

Filat bildirib ki, ona qarşı ittihamlar siyasi motivlidir.

XS
SM
MD
LG