Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:35

“Televiziya və radio yayımı haqqında” qanunun tələbləri çərçivəsində aparıcıların efirdə davranışına nəzarət edirik. Efir mədəniyyəti, aparıcılıq səviyyəsi aşağı olan aparıcılarla bağlı qərar qəbul ediləcək”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, Şura aparıcıların efirdə davranışını diqqətlə izləyir.

Təvəkkül Dadaşov qeyd edib ki, bütün hallarda yayımçıların bu məsələdə özləri maraqlı olmalıdır: “Aparıcılar kanalların sifətidir. Onlar telekanalların nüfuzunu artıra və ya azalda bilər. Telekanal rəhbərliyi bu məsələdə daha diqqətli olmalıdır və bu telekanalları daha çox maraqlandırmalıdır”-deyə o bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG