Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:29

-

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 min nəfər və ya 0.8% artaraq bu il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 666 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əhalinin 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir. Orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 109 min körpə doğulub, onların 53.2 faizi oğlan, 46.8 faizi qızdır. 1970-i əkiz, 63-ü isə üçəmdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin yanvar-avqust ayları ərzində 37.2 min ölüm qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG