Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:35

M.Qorbaçov: SSRİ-nin məhvindən sonra bir məqsədim də vardı


Mixail və Raisa Qorbaçovlar, 1989
Mixail və Raisa Qorbaçovlar, 1989

- Mənim məqsədim kommunizmi, diktaturanı xalqların üzərindən təmizləmək idi.

Məni bu missiyamda dəstəkləyən və həvəsləndirən həyat yoldaşım olmuşdu; o, bu fikrə məndən xeyli əvvəl gəlmişdi.

Məqsədimi həyata keçirməyin yeganə yolu, aparıcı vəzifədə olmaq idi, həyat yoldaşım məni ən üst vəzifəyə qədər çıxmağa təşviq etdi.

Qərbi yaxşı tanıdıqdan sonra qəti qərarımı verdim. Sovet İttifqı Kommunist Partiyasını və SSRİ apparatını məhv etmək lazım idi. Bunu başqa sosialist ölkələrində də həyata keçirmək niyyətində idim.

Mənim idealım sosial-demokratiyaya gedən yol idi. Ancaq bu sistem xalqa faydalı ola bilər. Bu yolda mübarizəni axıra qədər aparmaq istəyirdim.

Mənimlə eyni fikirdə olan Yakovlev və Şevardnadze kimi bəzi yoldaşlar tapdım. Hamısı SSRİ və kommunizmin dağıdılması işində təşəkkürə layiq oldular.

Kommunizmsiz dünya daha yaxşı olacaq. 2000-ci ildən sonra dünya daha da yaxşı olacaq, çünki inkişaf edəcək və zənginləşəcək.

Tələbələr 1989-cu il Tiananmen Meydanı hadisələrini anırlar, 2015
Tələbələr 1989-cu il Tiananmen Meydanı hadisələrini anırlar, 2015

Ancaq buna qarşı mübarizə aparacaq ölkələr var. Çin (ÇXR) bunlardan biridir.

Tiananmen Meydanı hadisələri vaxtı Pekində idim, orda kommunizmin Çində mütləq çökəcəyini gördüm.

Çinli liderlərə israrla etirazçılara xitab etmək istədiyimi bildirdim, amma çıxış etməyimə icazə vermədilər. Çində kommunizm çöksəydi, dünya daha yaxşı olardı və sülhə yol açılardı.

SSRİ-ni xilas etmək istəyirdim, amma onun sosial demokratiya ilə əvəzlənməsi şərtilə. Bu, alınmadı.

Yeltsin yalnz hakimiyyət istəyirdi, demokratiya haqda, mənim etmək istədiklərim haqqında heç bir şey bilmirdi.

Biz hüquqların və azadlığın bərqərar olduğu demokratik SSRİ istəyirdik.

Yeltsin SSRİ-ni dağıtdı, həmin vaxt mən Kremldə deyildim. Bütün qəzetlərin müxbirləri məndən ağlayıb-ağlamayacağımı soruşurdular.

Ağlamadım, çünki SSRİ-də və Avropanın başqa sosialist ölkələrində kommunizmi məhv etməyi doğrudan da bacarmışdım.

Ağlamadım, çünki əsas məqsədimə çatmışdım; məqsədim Avropada kommunizmin uduzması idi.

Ancaq bunu da bilməlisiniz, kommunizm Asiyada da məğlub olmalıdır ki, bütün dünyada demokratiya və azadlığa keçid başlasın.

SSRİ-nin məhvi ABŞ üçün faydalı olmadı. Çünki mənim Müstəqil Dövlətlər Birliyi adını vermək istədiyim qüdrətli bir demokratik ölkə meydana gəlmədi. Hamısını bacara bilmədim.

Bütün kiçik ölkələr indi ABŞ-a köməyə görə təşəkkür edirlər. Kommunizm bəlasını ortadan qaldıraraq, ABŞ və köhnə SSRİ-nin kommunizmsiz iki tərəfdaş olmasını təmin etmək istəyirdim. Onlar dünyanın iki aparıcı ölkəsi ola bilərdi.

Demokratiyaya gedən yol uzun olacaq, amma sürətlə irəliləyirik. İndi bütün dünya kommunizminin son qalıqlarını təmizləməlidir.

Mənbə: M.Qobaçovun Ankarada (Türkiyə) qonaq olduğu Amerika Universitetində qəzetlərə verdiyi müsahibədən bir parça. Türk mətbuatından sonra 2000-ci ildə Çex Respublikasında "Dialog'" qəzetində, daha sonra "İnqilabi demokratiya" arxivində dərc olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG