Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:24

ABŞ din azadlığı hesabatını yayıb


Dövlət katibi John Kerry hesabatın təqdimatında

Dövlət katibi John Kerry hesabatın təqdimatında

-

İslam Dövləti ekstremist qrupu kimi üsyançı və terrorçu təşkilatlar dini azadlıqlara “ciddi ziyan” vurublar. Bu qruplar həmçinin ötən il dünya üzrə “ən ağır insan haqları pozuntuları”na yol veriblər. Bunu ABŞ Dövlət Departamenti illik Din Azadlığı Hesabatında deyir.

Hesabatda deyilir ki, bu cür qruplaşmalar təkcə Yaxın Şərq, Asiya və Saharaaltı Afrikada deyil, Ukraynanın Rusiyanın və separatçıların nəzarətində olan ərazilərində də dini azadlıqlara təhlükə törədib.

“Ötən il İD yaraqlıları Suriya və İraqda kütləvi edamlar həyata keçirib, minlərlə qadını və uşağı oğurlayıb, satıb, köləyə çevirib, zorlayıb və güclə dinini dəyişdirib”.

Hesabatda həmçinin İraqda təhlükəsizlik durumunun pisləşdiyi, Al-Qaeda-ya bağlı Al-Nusra Cəbhəsi kimi qruplaşmaların regionda dini azadlıqları da dəhşətli duruma saldığı vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG