Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:29

-

Oktyabrın 14-də keçiriləcək səsvermədə Ukraynanın BMT-nin Təhlükəsizlik Şurasında yer qazanacağı gözlənir. Ukrayna Rusiyaya qarşı dayanacağına and içib. Belə ki, Rusiya veto hüququndan yararlanaraq Ukrayna və Qərblə strateji müharibə aparır

Hazırda Şurada yer uğrunda mübarizədə Ukraynanın Şərqi Avropadan rəqibi yoxdur. Ukrayna məqsədinin güclü qonşusu Rusiyanın hegemonluğu ilə mübarizə aparıb qlobal sülh və təhlükəsizliyi saxlamaq olduğunu deyir. Rusiya Şuranın 15 daimi üzvündən biridir.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkəsinin seçilməsi üçün kampaniya aparmaq məqsədilə Nyu Yorka gedib. O, Ukraynanın daha geniş qlobal gündəmi olduğunu, ancaq Rusiya ilə münasibətin də “qətiyyən barışdırıcı” olmayacağını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG