Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:12

-

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Moskva Bağdad hökumətinin razılığı ilə İraqda İslam Dövləti (İD) yaraqlılarına döyüşə kömək edir.

Lavrov Finlandiyada danışıb. Oktyabrın 14-də Rusiya rəsmən Barents Avro-Arktik Şurasının prezidentliyinə keçib.

Lavrov deyib ki, İraq hökuməti ilə Kürdüstan regionu arasında terrorçuluğa qarşı əməkdaşlığı dəstəkləmək vacibdir. Onun sözlərinə görə, Bağdaddakı yeni kəşfiyyat mərkəzi bütün maraqlı tərəflərin üzünə açıqdır. Bu mərkəzdə Rusiya, İraq, İran və Suriya rəsmiləri çalışır.

İraq parlamentinin aparıcı üzvü oktyabrın 13-də deyib ki, İraq həmin mərkəzin yardımıyla İslam Dövləti yaraqlılarını bombalamağa başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG