Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:07

-

Ağ Ev Rusiyanın Suriyaya dair təklifini rədd edib. Rusiya təklif edirdi ki, baş nazir Dmitry Medvedev Birləşmiş Ştatlara getsin və Suriyada hərbi əməkdaşlığı müzakirə etsin. Ağ Ev bu təklifi “ümidsizlik” əlaməti adlandırıb.

Rusiya prezidenti Vladimir Putin bu təklifi oktyabrın 13-də irəli sürüb. Ağ Evin sözçüsü Josh Earnest isə oktyabrın 14-də təklifin rədd olunduğunu bildirib.

Vaşinqton və Moskva Suriyada ayrı-ayrılıqda hava kampaniyaları zamanı təsadüfi toqquşmalardan yayınmaq üçün danışıqlar aparırlar.

Ancaq Vaşinqton daha geniş əməkdaşlıq barədə hər hansı əməkdaşlıq üzrə danışıqlara qarşı çıxır. Belə ki, Rusiya Suriya prezidenti Bashar al-Assad rejimini dəstəkləyir.

Kremlin sözçüsü Dmitry Peskov ABŞ-ın “dialoqa başlamağa” etirazından “təəssüf”ünü bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG