Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:00

Ukraynanın şərqində atəşkəs rejiminə əməl edilməsinə baxmayaraq 1 Ukrayna əsgəri həlak olub, 2-si yaralanıb.

Sentyabrın 1-dən Ukraynanın şərqində atəşkəs rejiminə demək olar ki, əməl olunur və tərəflər ağır silahları təmas xəttindən geri çəkməyə başlayıblar.

Ukraynanın müdafiə naziri Poltorakın sözlərinə görə rusiyapərəst separatçılar oktyabrın 13-də Ukrayna ordusunun Avdeevsky ətrafındakı mövqelərini qumbaraatanlardan atəşə tutublar.

Poltarak bildirib ki, hələlik insidentin tam təfərrüatı bəlli deyil və ola bilsin ki, bu qrup separatçıların liderlərinə tabe olmur.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində Ukrayna ordusu ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 7900-dən çox adam ölüb.

Kiyev və Qərb Moskvanı separatçıları dəstəkləməkdə günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG