Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:20

İskəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadənin oktyabrın 14-də seçicilərlə görüşü zamanı qarşıdurma yaranıb. İnsident rayonun Mamırlı kəndində baş verib.

Bu barədə AzadlıqRadiosuna Tərtər rayon 95 saylı seçki dairəsindən deputatlığa namizəd Şəhriyar Məcidzadənin özü məlumat verib.

Onun sözlərinə görə o oktyabrın 14-də kəntdə seçiciləri ilə görüşərkən kəndin bələdiyyə sədri Kamal Quliyev kənardan dayanıb iştirakçıların şəkillərini çəkirmiş.

Şəhriyarın vəkili olan atası Sərdar Həmidov yaxınlaşıb soruşanda ki, niyə çəkirsiz, mübahisə duşu və Kamal Quliyev polisə gedərək şikayər edib:

“Birinci mənim sürücümü, sonra isə atamı polis idarəsinə çağırdılar. Kamal Quliyev atamın ona xəsarət yetirdiyini iddia edir”.

Şəhriyar Məcidzadə hesab edir ki, o Tərtərdə ən ciddi namizəd hesab olunduğundan və görüşləri iztihamlı keçdiyindən onlar bununla ona və seçicilərinə təzyiq göstərmək istəyirlər.

Şəhriyar deyir ki, cinayət məcəlləsinə görə bələdiyyə və icra nümayəndələrinin seçicilərin hüququnu tanımamasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.

Onun sözlərinə bu adamalr daima görüşlərdə onun seçicilərinin şəkillərini çəkir, getdiyi kəndlərin çayxanalarını bağlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG