Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Rusiyanın Su-30 qırıcı təyyarəsi oktyabrın 10-da Suriya üzərində ABŞ təyyarəsinə onu qorxutmaq üçün yox, müəyyən eləmək üçün yaxınlaşıb.

Bunu oktyabrın 14-də Rusiya Müdafiə Nazirliyinin rəsmisi İgor Konashenkov deyib.

Onun sözlərinə görə, insident oktyabrın 10-da Rusiya təyyarələri Su-30 təyyarəsinin müşaiyəti ilə Hələb üzərində İslam Dövləti qrupuna qarşı əməliyyat keçirərkən baş verib.

Pentaqon bundan əvvəl Rusiya və ABŞ təyyarələrinin Suriya üzərində bir neçə kilometrlik yaxınlaşması barədə məlumat yaymışdı.

Amma Pentaqon pilotların peşəkarcasına davrandıqlarını qeyd edib.

ABŞ və Rusiya həmin ərazilərdə paralel əməliyyatlar keçirirlər.

Rusiya avqustun 30-dan Suriyada hava zərbələrinə başlayıb.

Rusiya Suriya müharibəsində prezident Bashar Assad rejiminin, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG