Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

"Avro-2016"nın seçmə mərhələsinin ən məhsuldar futbolçusu müəyyənləşib.

Bu Polşa yığmasının hücumçusu Robert Lewandowskidir.

"Bavariya"nın forvardı seçmə mərhələdə vurduğu 13 qolla turnirin ən məhsuldar futbolçusu olub. Almaniya millisinin hücumçusu Tomas Müller isə 9 qolla ikinci olub.

Rusiya yığmasının hücumçusu Artyom Zyuba və İsveç millisinin forvardı Zlatan İbrahimovic isə hərəyə 8 qolla 3-4-cü yerləri bölüşüblər.

Seçmə mərhələdə 3 qol vuran Azərbaycan millisinin üzvü Dmitri Nazarov isə 33-cü olub.

XS
SM
MD
LG