Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:13

"Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasətondə əsas məsələlərdən biri olaraq qalır.”

RİA Novostinin məlumatına görə, Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova oktyabrın 14-də keçirdiyi brifinqdə deyib,

O bildirib ki, xarici işlər naziri Sergei Lavrov bu məsələni həmkarları ilə müzakirə edib və biz bu yöndə ABŞ və Fransa ilə yaxındanəməkdaşlıq edirik.

”Sergey Lavrov bu yaxınlardaBMT Baş Assambleyasının sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Görüşdə həmsədrlərin bu ay regiona səfəri ərəfəsində münaqişənin həlli ilə bağlı praktik məsələlər, habelə ATƏT-in Minsk qrupunun fəaliyyətinin koordinasiyası müzakirə olunub” deyə o vurğulayıb.

Zakharova deyib ki, son vaxtlar münaqişə zonasında gərginlik vəitkilərin çoxalması dialoqun bərpasını daha da çətinləşdirir, münaqişənin kəskinləşməsi yolverilməzdir, biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə və güzəşt üçün siyasi iradə göstərməyə çağırırıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG