Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:50

Hökumətə 6 gün vaxt verilib


Milli Məclis.
Milli Məclis.

-

Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi başa çatıb.

APA-nın məlumatına görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib.

Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək.

«İnanırıq ki, hökumət oktyabrın 20-nə kimi burada qaldırılan məsələlərə baxa biləcək və oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq» -Oqtay Əsədov bildirib.

XS
SM
MD
LG