Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:15

Rauf Mirqədirovun istintaqı sona çatıb


Rauf Mirqədirov
Rauf Mirqədirov

-
Həbsdə olan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı istintaq sona çatıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Fuad Ağayev məlumat verib.

Hazırda müdafiə tərəfi cinayət işinin materialları ilə tanış olur.

Məhkəmənin nə vaxt keçiriləcəyi məlum deyil.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya edilib və dərhal da həbs olunub. O, Ermənistanın xeyrinə casusluq etmək, dövlətə xəyanətdə ittiham olunur.

Jurnalist ittihamı rədd edir.

XS
SM
MD
LG