Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:59

"Partlayışlar Suriyadan “planlaşdırılıb”"


Diyarbəkirdə dəfn mərasimi, 12 oktyabr, 2015-ci il

Diyarbəkirdə dəfn mərasimi, 12 oktyabr, 2015-ci il

-

Oktyabrın 10-da Ankarada 97 nəfərin ölümünə səbəb olmuş bomba hücumlarını yaraqlılar Suriyadan “planlaşdırıb”. Bunu Türkiyə prezidenti Recep Tayyip Erdogan deyir və Türkiyənin bu barədə kəşfiyyat məlumatları əldə etdiyini bildirir. Erdogan-ın sözlərincə, hakimiyyət təhqiqat zamanı heç bir qrupu çıxdaş etmir, hücumun İslam Dövləti (İD), PKK yaraqlıları ilə mümkün əlaqələri də araşdırılır.

Kürdpərəst partiya solçu müxalifət tərəfdarları və kürd fəallara qarşı hücumda dövlət rəsmilərinin əli olması barədə iddialar səsləndirib. Erdogan bunları “qeybət” adlandırıb.

Erdogan Türkiyənin Dövlət Nəzarət Şurasına (DDK) göstəriş verib ki, hücumlara dair xüsusi təhqiqat aparsın. DDK prezidentə tabe qurumdur, polis və ədliyyə ilə paralel işləyəcək.

Ankaradakı hücumlarda yüzlərlə yaralanan da olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG