Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:21

Miqrantlar məhbuslardan betər durumdadır


Çexiyada miqrasiyaya qarşı etiraz aksiyası, 12 sentyabr, 2015-ci il

Çexiyada miqrasiyaya qarşı etiraz aksiyası, 12 sentyabr, 2015-ci il

-

Çexiya Respublikasının ombudsmanı öz ölkəsində bir sığınacaqdakı qaçqınların saxlanma şəraitini pisləyib, bu şərtlərin BMT-nin Uşaq Hüquqları Konvensiyasını və Avropanın İnsan Haqları Konvensiyasını pozduğunu bildirib.

Anna Sabatova oktyabrın 13-də deyib ki, Praqanın şimalında Bela-Jezova mərkəzində valideynləri ilə birlikdə saxlanan uşaqlar məhbuslardan da betər durumda qalmağa məcbur edilirlər. Onun sözlərincə, belə bir mərkəzdə saxlanma “Çexiyanın sivil ölkə olmasına dair baxışlara” ziddir. Ombudsman gileylənir ki, uşaqlar heç bir səbəb olmadan bu şəraitdə travma alırlar.

Ombudsman deyir ki, oradakı “miqrantlar heç bir cinayət törətməyiblər. Heç nədə ittiham olunmayıblar. Ancaq yenə də əziyyət çəkirlər”.

Çexlər müvafiq sənədləri olmayan bütün miqrantları həftələrlə saxlayır. İnsan haqları təşkilatları bunu tənqid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG