Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:37

İranın raket sınağı pozuntu sayıla bilər


İranın raket sınağı, 11 oktyabr, 2015-ci il

İranın raket sınağı, 11 oktyabr, 2015-ci il

-

İranın həftəsonu elan etdiyi raket sınağı BMT sanksiyalarının açıq-aşkar pozulmasıdır və Vaşinqton bu məsələni BMT qarşısında qaldıracaq. Bunu ABŞ Dövlət Departamenti oktyabrın 13-də bildirib.

İran oktyabrın 11-də Emad adlıq ballistik raketi sınaqdan keçirdiyini bəyan edib. Bu, Tehranın İsraili vura biləcəyi ilk dəqiq hədəfli silahıdır.

“Bunu mütləq BMT-nin Təhlükəsizlik Şurasında qaldıracağıq, əvvəlki sınaqlar zamanı da belə etmişik,” Departamentin sözçüsü Mark Toner deyib.

Bu sınaq BMT-nin Təhlükəsizlik Qətnaməsinə ziddir. Həmin qətnamə İranın ballistik raket sınaqlarını qadağan edir.

Sanksiyalar qaldırılanadək bu qətnamə qüvvədə qalır. İranla dünya güclərinin imzaladığı nüvə sazişi qüvvəyə minəndən sonra belə İranın ballistik raket fəalliyyətilə məşğul olmaması tələb olunacaq. Nüvə sazişinə əsasən, ölkələr İrana raket texnologiyası və ağır silahları Şuranın icazəsi ilə verə biləcək. Ancaq Birləşmiş Ştatlar bildirib ki, İrana raket texnologiyasının verilməsinə veto qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG