Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11

-

Şabran rayonunda 7 baş iribuynuzlu, 2 baş xırdabuynuzlu heyvanda brusellyoz xəstəliyi aşkarlanıb. Bu, 9 ay ərzində 13 min 688 baş iribuynuzlu heyvandan, 2 min baş ana qoyundan, 1680 baş qoçdan brusellyoz xəstəliyinə görə götürülən qan nümunəsindən sonra məlum olub. 9 heyvandan başqa qalan heyvanlarda xəstəliyin törədicisi tapılmayıb.

Rayondakı 10 min baş heyvan isə xəstəliyə qarşı peyvəndlənib.

Xəbəri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti yayıb.

Xidmət bildirir ki, müayinə zamanı aşkar edilən xəstə heyvanlar vaxtında təcrid edilərək «Brusellyoz xəstəliyinin profilaktikası və ləğv edilməsi tədbirləri haqqında» təlimata uyğun zərərsizləşdirilir.

Xidmətin məlumatına görə, indi brusellyoz xəstəliyi 5-6 il bundan əvvəlki illərlə müqayisədə dəfələrlə aşağıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG