Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

Rusiya-Gürcüstan müharibəsi araşdırılır


Gürcüstanda 2008-ci il müharibə qurbanlarının xatirə muzeyinin açılışında, arxiv fotosu

Gürcüstanda 2008-ci il müharibə qurbanlarının xatirə muzeyinin açılışında, arxiv fotosu

-

Beynəlxalq Cinayət Məhkəməsinin müstəntiqi deyir ki, 2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı hər iki tərəfin yol verdiyi hərbi cinayətlər araşdırılacaq. Buraya sülhməramlıların öldürülüməsi, dinc vətəndaşlara hücumlar daxildir.

Fatou Bensouda oktyabrın 13-də təhqiqata başlayıb. Onun sözlərinə görə, həm Gürcüstan, həm də Cənubi Osetiya qüvvələrinin sülhməramlılara hücum etməsinə dair dəlil var. Rusiya tərəfdən isə 113 etnik gürcünün öldürülməsi və 18 min 500 nəfərin evindən didərgin salınmasına dair sübutlar mövcuddur. Məcburi köçürülmə kampaniyasının Cənubi Osetiya hakimiyyətin tərəfindən həyata keçirildiyi bildirilir.

“Münaqişə zonasında etnik gürcü əhalisinin sayı azı 75 faiz azalıb,” müstəntiqlər deyib. Üstəlik, cinayətlərin “Rusiya silahlı qüvvələrinin mümkün iştirakıyla” törədildiyi bildirilir.

Bensouda deyib ki, rusiyapərəst Cənubi Osetiya separatçı qüvvələri iddia olunan cinayətləri “xüsusi qəddarlıq və ayrı-seçkilik zəminində” törədiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG