Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:20

-

“Avro 2016”nın seçmə mərhələsinin son oyununda Azərbaycan millisi
Bolqarıstana səfərdə 0:2 hesabı ilə məğlub olub.

AFFA.az saytının məlumatına görə oyundan sonra keçirilən mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçku deyib ki, bu, millinin ən pis oyunu olub: “Rəqibi qələbə münasibətilə təbrik edirəm. Azərbaycan millisində çalışdığım dövr ərzində ən pis oyunumuzu oynadıq. Rəqib çox istəkli idi. Səhvlərimizi təhlil edib üzərində işləyəcəyik. Bir neçə gün öncə İtaliya millisi ilə çətin oyun keçirmişdik. Bir qədər yorğunluq var idi. İkinci hissənin əvvəllərində üstün oynadıq, ancaq rəqib ikinci qolu vurduqdan sonra komanda həvəsdən düşdü”.

Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev isə deyib ki, oyuna komandası nəzarət edib: “Bu gün yaxşı oynadıq. Oyuna biz nəzarət edirdik. Bizi dəstəkləyən azsaylı azarkeşlərimizə təşəkkür edirəm. Pley-offa vəsiqə qazanmaq istəyirdik, alınmadı. Buna görə özümü heç də yaxşı hiss etmirəm. Artıq neçənci dəfədir ki, Bolqarıstan millisi final mərhələlərindən kənarda qalır. Bu, azarkeşlərə də təsir edir. Hər şeyə rəğmən milliyə dəstək olan hər kəsə təşəkkür edirəm".

Azərbaycan və Bolqarıstan komandaları H qrupunda yer alıb. Hər iki komanda final mərhələləsindən kənarda qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG