Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:41

Hadisə oktyabrın 13-də Bakı Dövlət Universitetinin Yasamal rayonundakı yataqxanasının qarşısında baş verib.

“Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil 6 piyadanı birdən vurub, sonra isə polis maşınına çırpılıb.

Xəsarət alanlar Klinik Tibbi Mərkəzə götürülüb.

Bu barədə APA xəstəxanaya istinadla xəbər verir.

Məlumata görə, xəsarət alanların əksəriyyəti tələbədir və artıq onların şəxsiyyəti müəyyən edilib:

Rzayev Fərhad (1999)

Qarayev Əhməd Daşqın oglu (1995)

Səlimov Əhməd Sabir oğlu (1993)

Xəlilova Leyla Sabir qızı (1994)

Eyvazova Məryəm Əsəd qızı (1998)

Ələkbərzadə Cabir Elxan oğlu

Onların həyatının təhlükədə olmadığı bildirilir.

Bundan əvvəl onlardan birinin keçindiyi bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG