Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:21

WikiLeaks saytının banisi Julian Assange-nin sığındığı Londondakı Ekvador səfirliyi ətrafında 24 saatlıq növbətçilik ləğv edilib.

Assange 2012-ci ildən bu səfirlikdə gizlənir.

İndiyədək səfirlik ətrafında patrul xidməti Britaniya hökumətinə 12,6 milyon funt-sterlinqə başa gəlib.

Polis hesab edir ki, bu vəsaiti cinayətkarlıqla mübarizəyə sərf eləməkj lazımdır.

Bu barədə AzadlıqRadiosunun Londondakı müxbiri Natalia Golitsına xəbər verir.

Amma Polisin məlumatında deyilir ki, onlar Julian Assangeni həbs eləmək üçün başqa, yeni üsullara yollara əl atacaqlar.

Bəyanatda deyilir ki, o səfirlikdən çıxan kimi həbs ediləcək.

Assangeni seksual zorakılıqda ittiham edən İsveç hökuməti onun verilməsini tələb edir.

O ABŞ-a verilməsindən qorxur.

ABŞ onu ölkəyə dair məxfi sənədləri yaymaqda ittiham edir və buna görə ona Birləşmiş Ştatlarda ölüm hökmü çıxarıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG