Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:33

Meydan TV-nin əməkdaşı səhvən çağırılıb


Meydan TV-nin əməkdaşı Aytən Fərhadova oktyabrın 13-də yenidən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub.

Amma idarədə ona bildiriblər ki, texniki səhv ucbatından bura çağırılıb.

Aytən Fərhadaova AzadlıqRadiosuna bildirib ki, o bir gün öncə şəxsiyyət vəsiqəsi almaq üçün Asan Xidmətə gedib, orda sənədində “stop” görsəndiyindən, onu polisə təhvil veriblər və3-cü bölməsinə aparılıb.

Polis isə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi ilə danışıb və jurnalistin dilindən iltizam alınaraq bildiriblər ki, saba saat 3-də həmin idarəyə getməlisən.

Aytən Fərhadova deyir ki, idarəyə gəlib biraz gözlədikdən sonra rəsmilərdən biri düşərək ona deyib ki, texniki səhv üzündən idarəyə çağırılı:”

Mənə dedilər ki, yenidən Asan Xidmətə müraciət edərək şəxsiyyət vəsiqəsi ala bilərəm və əgər gələcəkdə hər-hansı bir dövlət qurumunda yenidən sənədində “stop” görsənərsə bunun araşdırmasını, yenidən yoxlanmasını məsləhət gördülər və dedilər ki,sənəd almamda elə bir problem olmayacaq. Mən dedim ki, bunu dünən polis bölməsi onlarla danışanda da aydınıaşdırmaq olardı və mən bu gün bura heç kəlməyə də bilərdim. Dedilər ki, bu prosedur qaydadır, əgəradınızda stop sözü varsa polisə getməlis, polis isə bu barədə bizə məlumat verməlidir.

Aytən Fərhadaova deyir bu indiyədək idarəyə onun 3-cü gəlişidi.

Qeyd edək ki, Meydan TV-nin digər əməkdaşları da bundan əvvəl bir neçə dəfə həmin idarədə ifadə veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG