Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:00

Mərkəzi Bank məzənnə siyasətini dəyişə bilər


Elman Rüstəmov
Elman Rüstəmov

-

«Yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb».

Bunu oktyabrın 13-də Milli Məclisin növbəti plenar iclasında Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.

O xatırladıb ki, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 mlrd. dollar olub: «Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir».

«Hazırda AMB-nin valyuta ehtiyatları 7 mlrd. dollardır» - deyən E.Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib.

Baş bankir əlavə edib ki, çevik məzənnə siyasətinə keçid ciddi araşdırılır: «Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir». \apa\

XS
SM
MD
LG