Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:19

-

Azərbaycanda yağışlı hava şəraiti oktyabrın 14-də də davam edəcək.

Bu barədə Report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacaq. Şimal-şərq küləyi əsəcək.

Gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, hərdən güclənəcək.

Gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG