Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:17

Paşazadə Etika komissiyası yaradır


Allahşükür Paşazadə
Allahşükür Paşazadə

-

«Din xadimlərinin moizə və xütbələrində vətənpərvərlik hislərinin aşılanması vacibdir və milli, habelə məzhəb ayrı-seçkiliyinin təbliği qəti yolverilməzdir».

Report-un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qurumda keçirilən tədbirdə bildirib. O deyib ki, məsələyə nəzarət daha da gücləndiriləcək və xətaya yol verənlər müvafiq qaydada cəzalandırılacaq.

QMİ sədri həmçinin din xadimlərinin təkmilləşdirmə kurslarının Məhərrəm ayından sonra fəaliyyətini davam etdirəcəyini söyləyib.

Şeyxülislam QMİ Qazılar Şurasının tərkibində Etika komissiyasının yaradılması barədə də məlumat verib. Onun dediyinə görə, din xadimlərinin fəaliyyətində dini-etik məqamların gözlənilməməsi faktları aşkarlanarsa, bununla bağlı komissiya rəy verəcək: «Bu rəy işəgötürmə məsələsində də vacib şərt kimi nəzərdən keçiriləcək».

XS
SM
MD
LG