Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06

-
ATƏT-in Baş katibi Lamberto Zannier Moskvadakı mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycandakı seçkiləri müşahidə etməməsindən də danışıb. O deyib: «Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi ilə bağlı razılığın əldə olunmaması təəssüf doğurur».

Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 13-də bu deyilənlərə münasibət bildirib. Açıqlamada deyilir ki, Azərbaycan bu il iyulun 14-də parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosuna dəvət yollayıb.

Nazirlik həmçinin DTİHB-nin Ehtiyacların qiymətləndirilməsi hesabatına rəsmi məktubla cavab verdiyini də bildirir. Məktubda Azərbaycan tərəfi adıçəkilən hesabatda bəzi məqamların düzgün və əsaslandırılmış olmadığını diqqətə çatdırıb:

«...ATƏT məkanında mövcud seçki praktikasına uyğun olaraq, müşahidəçilərin sayının ölkə əhalisi, seçici və seçki dairəsinin sayına mütənasib və rasional olmalı olduğu vurğulanıb. Belə ki, 9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana ATƏT/DTİHB tərəfindən 400 nəfər müşahidəçinin göndərilməsi heç bir məntiqə sığmır.

...DTHİB əhali və seçici sayına nisbətdə müşahidəçilərin sayının bu dərəcədə qeyri-mütənasibliyinin məntiqi izahatını hələ də verə bilməyib».
XİN bildirir ki, ATƏT DTİHB rəhbərliyi məsləhətləşmə aparmadan və mandatını kobud şəkildə pozaraq, birtərəfli qaydada Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə edilməməsi barədə qərar qəbul edib.

DƏVƏT HƏLƏ QÜVVƏSİNDƏDİR

Azərbaycan tərəf hesab edir ki, DTİHB-in fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlətlə məsləhətləşmə aparmadan birtərəfli qərar qəbul etmək səlahiyyəti yoxdur.

«Nəticə etibarilə, icraçı təsisat olaraq, səlahiyyəti və mandatı icazə vermədiyihalda, DTİHB siyasi qərar qəbul edib. Bu bir daha onu göstərir ki, DTİHB-in rəhbərliyi müəyyən dairələrin təsiri altında məqsədyönlü şəkildə seçkilərin müşahidəsi kimi texniki məsələni siyasiləşdirir. Aydın şəkildə görünür ki, məqsəd seçkilərdən sonra Azərbaycana qarşı əsassız iradların irəli sürülməsi üçün platformanın hazırlanmasıdır», - deyə açıqlamada bildirilir.

XİN hesab edir ki, seçkiləri müşahidə etməyəcəyi halda, ATƏT/DTİHB-in seçkilərin nəticələri barəsində hər hansı rəy bildirməyə heç bir əsası yoxdur.
Sonda nazirlik bəyan edir ki, Azərbaycanın ATƏT-in dialoq və əməkdaşlıq prinsiplərinə sadiqdir. Parlament seçkilərinin müşahidə edilməsi üçün DTİHB-ə göndərilmiş dəvətsə hələ qüvvəsindədir.

Azərbaycanda parlament seçkiləri bu il noyabrın 1-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG