Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:50

Belarusa sanksiyalar müvəqqəti qaldırılır


Minskdə seçki məntəqəsi, 11 oktyabr, 2015-ci il

Minskdə seçki məntəqəsi, 11 oktyabr, 2015-ci il

-

Avropa Birliyi Belarusa qarşı sanksiyaların müvəqqəti qaldırılması yönündə addımlar atmağa başlayıb. Bu xəbər 11 oktyabr prezident seçkisi sarıdan narahatlıqların ifadə olunduğu bir məqamda yayılıb.

Avropa Birliyinin xarici işlər nazirləri oktyabrın 12-də qərara alıblar ki, yanvardan sanksiyalar müvəqqəti olaraq, dörd aylığa qaldırılsın. Fransanın Avropa Məsələləri üzrə Dövlət katibi Harlem Desir-in sözlrəinə görə, seçki “mümkün qədər şəffaf və sakit” keçib.

Desir-in sözlərinə görə, bu ertələmə “bizə imkan verəcək ki, geriləmə görən kimi, sanksiyaları yenidən bərpa edək”.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier də Belarusda müsbət dəyişikliklərdən, siyasi məhbusların buraxılmasından danışıb. Ancaq Steinmeier deyib ki, “seçkilər bizim müəyyənləşdirdiyimiz beynəlxalq standartlarla uzlaşmır”.

Beynəlxalq müşahidəçilər seçkinin demokratik öhdəliklərə uyğun gəlmədiyini bildiriblər. Alyaksandr Lukashenka artıq 5-ci dönəm prezident seçilib. Rəsmi rəqəmlərə görə, səslərin 83.5 faizini toplayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG